21 Fevral 2023 / 03:24

RUSİYAYA QARŞI SANKSİYALAR 2024-CÜ İL FEVRALIN 24-DƏK UZADILIB

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılmasına rəsmən qərar verib.

Tezadlar.az xəbər verir ki, Aİ Şurasının Əsasnaməsi Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

“Məhdudedici tədbirlər 2024-cü il fevralın 24-dək uzadılmalıdır”, – deyə məlumatda bildirilir.

Həmçinin bildirilir ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edildiyi gündən qüvvəyə minir.

Aİ Xarici İşlər Nazirliyinin məlumatına görə, indi anti-Rusiya sanksiyalarının siyahısı 1386 fiziki şəxs və 171 şirkətdən ibarətdir.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel Belçikanın “LeSoir” nəşrinə müsahibəsində bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı tətbiq edə biləcəyi bütün mümkün sanksiyalar artıq tətbiq edilib, ona görə də onlara əlavə olunacaq çox şey yoxdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!