Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Təbii fəlakət Türkiyədən əl çəkmir…
Belə ki, dünən axşam saatlarında Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində 5 nəfər həlak olub. CNN-Türk-ün canlı yayımından da görünürdü ki, zəlzələ nəticəsində 294 nəfər isə yaralanıb.
Teztadlar.az xatırladır ki, ötən gün yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib. Zəlzələnin Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misirdə də hiss olunduğu bildirilir.
Türkiyə bu ayın 6-da baş vermiş dəhşətli zəlzələnin zərərlərini aradan qaldırmamış baş verən dünənki zəlzələ əlavə problemıərə yol açıb. İndiyədək bu zəlzələlərdən həlak olanların sayı 42 mini keçib. Yüz minlərlə yaralanan, milyonlarla ev- eşiyi dağılmış insanlar var.
A.Məmmədli