Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Quş qripi” bu dəfə Yaponiyada aşkarlandı.
Niiqatadakı fermada “quş qripi” virusu aşkarlanıb. Mütəxəssislərin gəldiyi nəticəyə görə, təsərrüfatdakı 680 min toyuq məhv ediləcək.
***
Qeyd edək ki, “Quş qripi” virusu hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu “Toyuq tifi” kimi qələmə alıb. Sonralar Avropada onu “Quş taunu” adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-cİ ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə “Quş qripi” xəstəliyi adlandırıblar.
Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində biruzə verməyə başlayıb. Onun ilk qorxulu nəticələri 2003-2004-cü illərdə Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada, Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü biruzə verməyə başlayıb. Hal-hazırda yüksək dərəcəli patogen quş qripi bütün dünyada yayılıb. Quşların qrip virusu 500S-də 1 saat, 600S-də 10 dəqiqə, 650S – 700S-də 2-3 dəqiqə ərzində məhv olur. Virus, quş tükündə 18-20 gün, aşağı temperaturda 1-2 ilə qədər qala bilir.
Quş qripinin mutasiya nəticəsində insandan-insana keçmə ehtimalı olarsa, bəşəriyyətin varlığı üçün ən qorxulu xəstəlik ola biləcəyi söylənilir.
Y.MƏMMƏDLİ