15 Mart 2023 / 12:40

BAKIDA 15 YAŞLI QIZ İNTİHAR ETDİ – FOTO

Bakıda 15 yaşlı qız özünü hündürmərtəbəli binadan ataraq intihar edib.

Bu barədə “Tezadlar.az”a məlumat daxil olub. Qeyd edilib ki, hadisə Bakı şəhəri Həsən Salmani küçəsində, Leyla Şıxlinskaya Klinikasının arxasında yerləşən yaşayış binasında baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. 

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Xətai rayonu ərazisində 2007-ci il təvəllüdlü Sofiya Juravlyovanın yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!