Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Bu barədə AFFA rəhbərliyi məlumat yayıb. Belə ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Hər iki komanda bizim üçün doğmadır, amma təbii ki, Qarabağın adını yaşadan doğma “Qarabağ”ın qalib gəlməsini arzulayırıq.