Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistanın Müdafiə Nazirliyi dünən guya “Azərbaycan tərəfindən əsir götürülmüş” (ermənilərin məlumatına görə) hərbi qulluqçu haqqında bu gün məlumat yayıb.
“Martın 21-də döyüş mövqeyinə avtomobillə qida məhsulları daşıyarkən yolunu azmış hərbi qulluqçu axtarış-xilasetmə işləri nəticəsində martın 22-də tapılıb. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur”, – nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, ötən gün Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfin martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun guya “yolunu azaraq nəqliyyat vasitəsində Azərbaycan ordusunun bölmələrinin mövqeyinə yaxınlaşaraq əsir götürüldüyünə” dair məlumatı təkzib etmişdi.