Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya artıq Belarusa nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini təhvil verib və iyulun 1-də respublika ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə şənbə günü Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində bildirib.
“Biz artıq Belarusa tanınmış, çox effektiv “İsgəndər” kompleksimizi təhvil vermişik, o, həm də daşıyıcı ola bilər. Aprelin 3-dən ekipajın təliminə başlayacağıq, iyulun 1-də isə xüsusi anbarın tikintisini başa çatdıracağıq. Belarus ərazisində taktiki nüvə silahı var”, – deyə Putin müsahibəsində bildirib.
E.ŞİRİNOV