27 Avqust 2021 / 16:39

3 GüNDə AZəRBAYCAN PEDOQOJI UNIVERSITETIN 3 MüəLLIMI DüNYASıNı DəYIşIB

Son üç gündə Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) 3 müəllimi vəfat edib. Müəllimlərin koronadan dünyasını dəyişib-dəyişməməsi rəsmən bildirilməsə də, şübhələr ora gedir. 

Belə ki, universitetin ibtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Aişə Məmmədova, Elmi-təşkilat şöbəsinin müdiri Əli Allahverdiyev və Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının dosenti Aysəba Məmmədova dünyasını dəyişib. Məlum olduğu kimi, hazırda bütün təhsil müəssisələrində yay tətilidir və müəllimlər istirahətdədir. Dünyasını dəyişən müəllimlər də bu sırada… Allah rəhmət eləsin!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!