7 Aprel 2023 / 11:03

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: AZNEFT DAİRƏSİ SAAT 16.00-DAN ETİBARƏN BAĞLANIR

Dövlət Yol polisi Bakının Azneft dairəsindəki vəziyyətlə bağlı sürücülərə müraciət edib.

 Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır:

“Bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”.

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!