9 Aprel 2023 / 14:29

PUTİN VƏ LUKAŞENKO “ƏN QAPALI MÖVZULARI” MÜZAKİRƏ EDİB

Rusiya prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko Kremldəki mənzildə “ən qapalı mövzuları” müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidmətinə yaxın “Pool of the First” Telegram kanalı məlumat yayıb.

“Kremldə danışıqlardan və işçi nahardan sonra liderlər eyni Kreml mənzilində bir neçə saat danışıblar. Orada ən qapalı mövzular müzakirə edildi”, – nəşrdə deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!