19 Aprel 2023 / 14:30

İSTANBULDA PARTLAYIŞ BAŞ VERİB

İstanbulda xəstəxanada partlayış baş verib.

Tezadlar.az CNN TÜRK-ə istinadən xəbər verir ki, partlayış İstanbulda tədris və tədqiqat xəstəxanasında baş verib.

Hadisə aprelin 19-da Ümraniyyə tibb müəssisəsində baş verib.

“Ümraniyyə təhsil və tədqiqat xəstəxanasında qazan partlayıb”, – mənbə yazıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil. Baş verənlərin digər təfərrüatları da müəyyənləşdirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!