19 Aprel 2023 / 14:56

RUSİYADA TƏBİİ YANĞINLARIN SAHƏSİ ÜÇ DƏFƏ ARTIB

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Rusiya Federasiyası ərazisində meşə yanğınları ilə bağlı ötən ilki göstəriciləri aşdığını açıqlayıb.

“İlin əvvəlindən Rusiya Federasiyasının ərazisində ümumi sahəsi 190 min hektardan çox olan 1000-dən çox meşə yanğını qeydə alınıb. Builki yanğınların sayı artıq ötən ilki göstəricilərdən xeyli yüksəkdir. Müqayisəli sayda yanğınlarla onların sahəsi üç dəfədən çox artıb”, – nazir videokonfransda Rusiya prezidenti Vladimir Putinə məlumat verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!