27 Aprel 2023 / 07:48

ÇİMƏRLİKDƏ SAÇSIZ QADIN MEYİTİ TAPILIB

Leninqrad vilayətinin Vıborqski rayonundakı çimərlikdə başında tük olmayan ölü qadın tapılıb.

Tezadlar.az bildirir ki, bu barədə 47News-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Finlandiya körfəzi sahilində Peski kəndində meyitin tapılması ilə bağlı xəbər aprelin 26-da polisə daxil olub. Əməliyyatçılar və kriminoloqlar rus qadının meyitinə baxış keçiriblər. İlkin məlumatlara görə, zorakılıq izlərinə rast gəlinməyib.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit tibbi ekspertizaya göndərilib. Polis hadisənin başvermə şəraitini araşdırmağa başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!