Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Samara vilayətində baş verən qəzada 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, ölümlə nəticələnən qəza “Datsun” markalı avtomobilin magistral yolda arxa aşması səbəbindən baş verib. Regional prokurorluğun məlumatına görə, qəza yerli vaxtla saat 03:30-da Bezençuk magistralının 3-cü kilometrində – Mılnaya stansiyasında baş verib.
Maşında altı nəfər olub.
“Maşın xəndəyə uçub, içərisində 6 nəfər olub. Onlardan ikisi yerindəcə ölüb, biri xəstəxanada, daha üç nəfər yaralanıb”, – mənbə bildirib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırması davam edir.
E.ŞİRİNOV