Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Yeni Zelandiyanın baş naziri Kris Hipkins və Ukrayna prezidenti Vladimir Zelenski Vellinqtonun Kiyevə yardımının genişləndirilməsini müzakirə ediblər.
Bu barədə Tezadlar.az “Radio Yeni Zelandiya”ya (RYZ) istinadən xəbər verir.
Məlumata görə, liderlər arasında telefon danışığı isti və mənalı olub. Son aylarda iki ölkə arasında əsas məsələlər üzrə sıx qarşılıqlı əlaqəni təmin edən bir sıra yüksək səviyyəli görüşlər keçirilib.
Ukrayna lideri ilə söhbət edərkən Hipkins Londona səfərdən əvvəl Oklend Beynəlxalq Hava Limanında olub. Yeni Zelandiyanın yaxın vaxtlarda Kiyevə dəstək üçün yeni tədbirlər elan edəcəyi gözlənilir. Hipkins və Zelenski arasındakı qarşılıqlı əlaqənin digər təfərrüatları barədə məlumat verilmir.
Bundan əvvəl Zelenski Fransa prezidenti Emmanuel Makronla söhbətindən sonra güclü zirehli paketin təhvil verildiyini açıqlamışdı.
E.ŞİRİNOV