Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenski Finlandiyaya səfərindən sonra Hollandiyaya gələcək, burada bu ölkənin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri ilə görüşəcək, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) baş çəkəcək.
Tezadlar.az bu barədə “Politico”ya adı açıqlanmayan Hollandiya rəsmisinə istinadən xəbər verir.
Bundan əvvəl məlum olub ki, Zelenskinin təyyarəsi Hollandiyanın “Schiphol” hava limanına enib.
Mayın 4-də Ukrayna prezidentinin Hollandiyanın baş naziri Mark Rutte, Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra və müdafiə naziri Kaysa Ollonqrenlə görüşü gözlənilir. Bundan əlavə, yerli KİV-in məlumatına görə, Zelenskinin Haaqada “Ukrayna üçün ədalət olmadan sülh yoxdur” adlı çıxışı planlaşdırılır.
Ukrayna prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinə səfər etmək niyyətində olduğu da bildirilir.
E.ŞİRİNOV