11 May 2023 / 02:51

TRAMP UKRAYNADAKI MÜNAQİŞƏYƏ 24 SAAT ƏRZİNDƏ SON QOYACAĞINA SÖZ VERİB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına söz verib.

Tezadlar.az xəbər verir ki, o, bunu CNN telekanalında Town Hall proqramında iştirakçıların suallarını cavablandırarkən deyib.

Tramp vurğulayıb ki, o, “qazan və ya uduzmaq kateqoriyalarında” deyil, “qətiyyət kateqoriyaları”nda düşünür. “Mən istəyirəm ki, hamı ölməyi dayandırsın – ruslar və ukraynalılar. Mən bunu 24 saat ərzində edəcəm”, – deyə o, əmin edib.

Bunu tam olaraq necə etmək niyyətində olduğundan danışan Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşəcəyini bildirib.

“Onların hər birinin öz güclü və zəif tərəfləri var. Və 24 saat ərzində həll olunacaq, bitəcək”, – deyə siyasətçi yekunlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!