23 May 2023 / 09:41

USQ RUSİYANIN SƏRHƏD BÖLGƏSİNƏ BİR GÜNDƏ 40 DƏFƏDƏN ÇOX HÜCUM EDİB

Ukrayna Silahlı Qüvvələri (USQ) ötən bazar ertəsi, mayın 22-də Belqorod vilayətinə 40 dəfədən çox hücum edib.

Tezadlar.az bildirir ki, bu barədə Telegram-da Rusiyanın sərhəd bölgəsinin rəhbəri Vyaçeslav Qladkov məlumat verib.

Belqorod rayonu 15 dəfə atəşə tutulub. “Nikolskoye kəndində pilotsuz təyyarə vuruldu, Juravlevka kəndində artilleriya işləyirdi, 14 mərmi atıldı. Tələfat və dağıntı yoxdur”, – Qladkov yazıb.

Borisov rayonu üç dəfə atəşə tutulub. “Lozovaya rudka” fermasına minaatan mərmiləri atılıb, həmçinin dronlardan iki partlayıcı qurğu atılıb. Hücum zamanı xəsarət alan olmayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!