1 İyun 2023 / 13:16

SAKİNLƏRİN ŞİKAYƏTLƏRİ İLƏ BAĞLI ADMİNİSTRASİYADA AXTARIŞLARA BAŞLANILIB

Kiyev prokurorluğu və polisi bomba sığınacaqlarının bağlanması ilə bağlı yerli sakinlərin şikayətindən sonra Ukrayna paytaxtının administrasiyasında axtarışlara başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Kiyev prokurorluğunun spikeri Nadejda Maksimets bildirib.

“Hazırda KXDR-də istintaq hərəkətləri davam etdirilir. Xüsusilə də Bələdiyyə Təhlükəsizlik və Səhiyyə İdarəsində axtarışlar aparılır”, – deyə o bildirib.

Bundan əvvəl Ukrayna təhlükəsizlik qüvvələri hava hücumu elan edilərkən sığınacaq açılmayan tibb müəssisəsində axtarışlar aparıb. Daha sonra onu açmayan mühafizəçi həbs edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!