4 İyun 2023 / 06:34

HİNDİSTANDA DƏMİR YOLU QƏZASI QURBANLARININ SAYI 300-Ə YAXINLAŞIB

Hindistanın Odişa ştatında qatarın toqquşması nəticəsində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə bazar günü “Hindustan Times” qəzeti yazıb.

Qeyd edək ki, daha əvvəl 288 nəfərin öldüyü, 800-dən çox insanın yaralandığı bildirilirdi.

Qəzetin yazdığına görə, hadisənin baş verdiyi Balasore şəhərindəki xəstəxanalar həddindən artıq sıxdır. Digər ştatlardan həkimlər bölgəyə gəlməkdə davam edir. Xəstəxanaya yerləşdirilən 100-ə yaxın şəxsin vəziyyəti kritik qiymətləndirilir.

Dəmir Yolları Nazirliyi onu da bildirib ki, hadisə yerində artıq bərpa işləri aparılır. Onlara mindən çox insan və xüsusi texnika cəlb olunub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!