5 İyun 2023 / 16:51

SÜRƏT HƏDDİNİ AŞMAQ UCUZ BAŞA GƏLMƏYƏCƏK: CƏRİMƏLƏR ARTIRILDI…

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.

TEZADLAR.AZ xəbər verir ki,  bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

report

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!