7 İyun 2023 / 08:18

BƏZİ RAYONLARDAN KEÇƏN ÇAYLARDAN SEL KEÇİB…

Milli Hidrometeorologiya Xidmətininin iyunun 7-si saat 09:00-a olan məlumatına əsasən
ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub.

Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.
TEZADLAR.AZ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!