Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistanın qondarma məhkəməsi təsadüfən Ermənistan ərazisinə daxil olan Azərbaycan Ordusunun əsgərinin həbs müddətini uzadıb.
Ermənistan mətbuatı yazır ki, azmış və təsadüfən Ermənistana keçən əsgərlərdən biri Hüseyn Axundov daha 3 ay müddətinə həbs edilib.
“İyunun 9-da Syunik ümumi yurisdiksiya məhkəməsi Qafanda Axundovun işi üzrə ilk məhkəmə iclasını keçirib”- məhkəmə bildirib.
Belə ki, “məhkəmə” guya 57 yaşlı mühafizəçini “öldürməkdə” əsassız olaraq təqsirləndirilən Axundovun həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.
Xatırladaq ki, bir müddət əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar görmə qabiliyyətinin məhdudlaşması səbəbindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində sərhədyanı sərhəddə 2004-cü il təvəllüdlü əsgər Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov itkin düşüblər.
Sonradan məlum olub ki, onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Əsgərlər döyülüb və onlara qarşı kobud rəftar edilib -onlarla bağlı həmin videolar sosial şəbəkələrdə və mediada geniş yayılıb.
Y.MƏMMƏDLİ