14 İyun 2023 / 09:36

LUKAŞENKO: UKRAYNADAKI MÜNAQİŞƏ TEZLİKLƏ SONA ÇATACAQ

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada münaqişəyə son qoymaq üçün böyük ilkin şərtlər var.

Tezadlar.az xəbər verir ki, o, “Rossiya 1” telekanalına müsahibəsində belə bir fikir bölüşüb.

“Mən peyğəmbər deyiləm, amma Ukraynada bu müharibəni bitirəcəyik. Bunun üçün artıq böyük ilkin şərtlər var”, – deyə Lukaşenko vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!