Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Sentyabr 2021 / 14:45

TÜRKİYƏ PEYVƏNDİNİN SINAĞININ 3-CÜ MƏRHƏLƏSİ AZƏRBAYCANDA KEÇİRİLƏ BİLƏR

Qırğızıstandan sonra ölkəyə qayıdan Prezidentin köməkçisi Fuat Oktay yerli vaksin haqqında açıqlama verib.

Məlumata görə, Fuat Oktay Turkovacın üçüncü klinik sınaq mərhələsinin Qırğızıstan Respublikasında həyata keçirilməsi ilə bağlı ölkə başçısı Sadır Caparov ilə razılığa gəlindiyi bildirib.

“Peyvəndin klinik sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar olaraq Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir. TURKOVAC-ın bütün dünyada istifadə edilən vaksin kimi tanınması üçün lazımi addımlar atılmaqdadır”, – deyə F.Oktay bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!