Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Zaporojye vilayətinin Pyatixatki bölgəsində Rusiya qoşunlarının mövqelərinə çatmağa çalışan Ukrayna Silahlı Qüvvələrinin (USQ) xüsusi təyinatlı qrupunun sıçrayışının qarşısı alınıb.
Tezadlar.az-ın məlumatına görə, bu barədə özünün Telegram kanalında “Biz Rusiya iləyik” ictimai hərəkatının lideri Vladimir Roqov məlumat verib.
“Bu gecə Zaporojye Cəbhəsinin Vasilyevski istiqamətindəki Pyatixatki ərazisində kəşfiyyatımız Ukrayna Silahlı Qüvvələrinin 20-yə yaxın nasistdən ibarət xüsusi qrupunun hərəkətini aşkar edib”, – nəşr yazır.
Roqovun sözlərinə görə, atəşə tutulan qrup 8 nəfəri itirib, 5 nəfər yaralanıb.
E.ŞİRİNOV