Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) Zaporojye, Donetsk və Kupyansk istiqamətlərində 5 silah-sursat anbarını məhv ediblər.
Tezadlar.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Zaporojye vilayətinin Uspenovka və Rivnopolye yaşayış məntəqələrinin ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 23-cü Mexanikləşdirilmiş Briqadası və 36-cı Dəniz Briqadasının iki silah-sursat anbarı məhv edilib”, – Konaşenkov bildirib.
Donetsk istiqamətində Rusiya qüvvələri Razliv kəndində Ukrayna qoşunlarının 3-cü mexanikləşdirilmiş briqadasının və Vyemka kəndində Ukrayna Silahlı Qüvvələrinin 36-cı Dəniz Briqadasının anbarlarını ləğv edib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 1-ci Əlahiddə Ümumqoşun Briqadasının Volçansk vilayətindəki anbarı Kupyansk istiqamətində dağıdılıb.
Bundan əvvəl Rusiya hərbçilərinin Donetsk istiqamətində 185-ə qədər ukraynalı yaraqlını məhv etdiyi bildirilirdi.
E.ŞİRİNOV