23 İyul 2023 / 19:38

“QUBAD İBADOĞLU FETÖ İLƏ ƏLAQƏLI SAXLANILIB”

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Hazırda tədbirlər davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!