Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Salyan rayonunda ağır yol qəzası baş verib…
Tezadlar.az bildirir ki, hadisədə ölən və yaralananlar var. Avtoqəza yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub. Qəzada həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir. 1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
Sürücülər, niyə sərnişin daşıyarkən diqqətli və ehtiyatlı olmurlar? Müəmma olaraq qalır…
XƏYYAM