Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Paşinyan hakimiyyəti yavaş-yavaş günahını etiraflamağa başlayıb, zamanında işğalçılığı ilə ələ keçirdiyi məntəqələri də boşaltmaqdadır…
Məsələn, daha bir yüksəklik də Azərbaycan ordusuna təhvil verilib. Belə ki, əvəllər erməni postunun yerləşdirildiyi Yuxarı Uxtasar zirvəsi Azərbaycana təhvil verilib. 24News.ge xəbər verir ki, bunu erməni blogger Mika Badalyan bildirib. Badalyan qeyd edib ki, Ermənistan hakimiyyətinin qərarı ilə Sisyan yaxınlığındakı Yuxarı Uxtasar zirvəsi Azərbaycana təhvil verilib. Hündürlükdəki erməni postu isə gölün kənarına endirilib.
Düşmən addım-addım İrəvana sarı qınına çəkilməkdə, Azərbaycan əsgəri isə yüksəklikləri nəzarətə götürməkdədir…
A.Məmmədli