Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Azərbaycanda turizmin elmi nəzəriyyəsini bilməyənlər onu dünya standartına uyğunlaşdırmaq istəyir, amma eybəcər bir iş alınır…
Bu da fakt: 2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlirlər rekord həddə çatıb. Tezadlar.az Gürcüstan Milli Turizm Agentliyinə istinadla xəbər verir ki, təkcə bu ilin ilk 6 ayı ərzində Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 milyard 804 milyo, 529 min 935 dollar gəlir əldə edib. Bildirilir ki, cari ildə qeydə alınan göstərici 2022-ci ilin birinci rübünün göstəricisindən 57%, ikinci rübünün göstəricisindən isə 34.8% çoxdur.
Bəs Azərbaycanda? Turizm “bilicilərimizin” bilimsizliyi ucbatından adicə Bakı sakinləri bahalıq qorxusundan evdən çıxıb rayonlara gedə bilmir. Çünki adicə Qəbələdə, Qubada, Lənkəranda, Şamaxıda… 3 gün xərclədiyinə Türkiyədə 1 həftə, Gürcüstanda isə 15 gün yeyib-içib istirahət edə bilər…
A.Məmmədli