3 Avqust 2023 / 07:46

RUSİYANIN T-80BV TANKI KUPYANSK İSTİQAMƏTİNDƏ DİVERSANTLARI MƏHV EDİB

Rus tankerləri dəqiq yaylım atəşi ilə Kupyansk istiqamətində diversantların mövqelərini məhv ediblər.

Tezadlar.az ren.tv-yə istinadən xəbər verir ki, dron operatorları tərəfindən aşkar edilən düşmən koordinatları komandanlığa təhvil verib.

Ciddi şəkildə modernləşdirilmiş T-80BV-nin ekipajı yaraqlılara zərbə endirib. Rus əsgərləri tankı kolluqda gizlədib və bağlı mövqedən atəş açıblar.

Diversantlar bir neçə yaylım atəşi ilə məhv edilib. Bundan dərhal sonra ekipaj tankı tam sürətlə təhlükəsiz yerə aparıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!