Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Aydaho ştatında məktəb avtobusunun magistral yolda aşması nəticəsində 11 uşaq ağır yaralanıb.
Bu barədə “Facebook”da ştatın polis idarəsi məlumat yayıb.
“30-a yaxın insanı daşıyan avtobus 55 saylı şossedə aşıb. Zərərçəkənlərə kömək etmək üçün polis gəlib. Ümumilikdə 11 uşaq xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır, 4-nün həyatı üçün təhlükəli olmayan xəsarətlər alıb”, – mətbuat xidmətindən bildirilib. .
Avtobusun Gənc Xristian Assosiasiyasının yay düşərgəsində istirahət edən 13-18 yaş arası uşaqları daşıdığı dəqiqləşdirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.
E.ŞİRİNOV