Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa İttifaqının (Aİ) səlahiyyətliləri Nigerdən bir sıra nümayəndəliklərini təxliyə etməmək qərarına gəliblər.
Tezadlar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti assosiasiyadakı mənbələrə istinadən məlumat yayıb.
“Aİ-nin polis təlimi və sərhəd mühafizəsi missiyası, eləcə də vacib kadrlar hesab edilən humanitar missiya ölkədə qalacaq”, – deyə onlar qeyd ediblər.
Daha əvvəl bildirilmişdi ki, Aİ-nin Nigerdəki missiyasının əməkdaşlarına öz istəkləri ilə ölkəni tərk etməyə icazə verilib. Bununla belə, diplomatların və səfirlik işçilərinin təxliyəsi ilə bağlı rəsmi qərar verilməyib, – Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Nabilə Massrali bildirib.
Eyni zamanda, Nigerdə baş vermiş dövlət çevrilişi fonunda Aİ assosiasiyaya üzv olan dövlətlərin vətəndaşlarını ölkədən çıxarmaq qərarına gəlib.
E.ŞİRİNOV