8 Avqust 2023 / 17:37

XƏZƏR DƏNİZİNDƏ ZƏLZƏLƏ OLUB

Avqustun 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Tezadlar.az-a bildirilib ki, yerli vaxtla saat 19:48-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!