10 Avqust 2023 / 08:13

2 YAŞLI UŞAĞI OLAN QADIN YOXA ÇIXIB

Hadisə Rusiyanın şəhərlərindən birində baş verib.

Tverdə müstəntiqlər 30 yaşlı yerli sakin və onun iki yaşlı qızının itməsi barədə məlumat verdikdən sonra araşdırmaya başlayıblar. Bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Agentliyin məlumatına görə, qadın və uşaq avqustun 7-də yoxa çıxıblar. Onların itmə yeri və şəraiti müəyyən edilir.

Qeyd edək ki, bir müddət əvvəl Şaxtıda tanımadığı şəxs tərəfindən uşaq meydançasından aparılan 6 yaşlı qızın sağ tapıldığı bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!