13 Avqust 2023 / 14:48

“THE TİMES”: TRAMP 2024-CÜ İL SEÇKİLƏRİNDƏ QALİB GƏLƏCƏYİNƏ AZ QALA ƏMİNDİR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gəlmək ehtimalını “100%-ə yaxın” qiymətləndirir.

Bu barədə “The Times” yazır.

Tramp bildirib ki, hazırkı namizədlərdən heç birini, o cümlədən partiya yoldaşı Roy DeSantisi özünə rəqib hesab etmir.

Xatırladaq ki, praymeriz yanvarda keçiriləcək və burada partiyalar ölkədə prezidentlik uğrunda mübarizəni davam etdirəcək namizədlər barədə qərar verməli olacaqlar.

Daha əvvəl Tramp bildirib ki, hazırkı dövlət başçısı Co Baydenin siyasəti “ölkəni cəhənnəmə aparır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!