14 Avqust 2023 / 10:03

MEDVEDEV FİNLANDİYANIN NATO-YA DAXİL OLMASINI ZARAFATLA BELƏ ƏLƏ SALIB

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiyanın NATO-ya daxil olması ilə bağlı vəziyyətin absurd olduğunu qeyd edib.

Siyasətçi özünün Telegram kanalında iki finlinin söhbəti şəklində lətifə dərc edib.

“Pekka, ölkəmiz niyə NATO-ya üzv oldu? – Ruslar bizi hədələyir. – Niyə bizi hədələyirlər? – Çünki Matti, biz NATO-ya daxil oluruq”, – Medvedevin bəyanatında deyilir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin qərb sərhədlərində qruplaşmasının gücləndirildiyini açıqlamışdı. Nazirin sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması ilə qərb və şimal-qərb istiqamətində təhlükəsizlik təhdidləri artıb, burada alyansın əlavə hərbi kontingenti və silahları görünə bilər.

Qeyd edək ki, Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq qərarına gəlib, 2023-cü ilin aprelində alyansın tamhüquqlu üzvü olub. Bundan əvvəl ölkə onilliklər ərzində neytral status elan etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!