MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskvanın şərqində betonqarışdıran maşın taksini əzib.
Paytaxt prokurorluğunun “Telegram” kanalının məlumatına görə, hadisə Stromınka küçəsində baş verib. 40 yaşlı sürücünün idarə etdiyi betonqarışdıran maşın işıqforun qırmızı işığında dayanan taksiyə çırpılıb.
Yük maşını daha iki avtomobili əzib.
Qəza nəticəsində taksi sürücüsü xəsarət alıb.
Rayon Prokurorluğu hadisənin bütün halları ilə bağlı araşdırmalara başlayıb.
E.ŞİRİNOV