Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2023 / 17:33

YAŞAYIŞ BİNASINDA YANĞIN BAŞ VERİB, SAKİNLƏR TƏXLİYƏ EDİLİB

Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.

Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!