17 Avqust 2023 / 19:26

ORDUMUZUN ARAZDƏYƏN İSTİQAMƏTİNDƏ ATƏŞ AÇMASI BARƏDƏ MƏLUMAT TAMAMİLƏ YALANDIR

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Tezadlar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!