18 Avqust 2023 / 10:20

ORDUMUZUN İSTİSU YAŞAYIŞ MƏNTƏQƏSİ İSTİQAMƏTİNDƏKİ MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!