Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.