23 Avqust 2023 / 07:00

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ TAXIL BİÇƏRKƏN HƏLAK OLUBLAR

Krasnoyarsk diyarının Nazarovski rayonunda kənd təsərrüfatı kompleksinin iki işçisi ölüb.

Prokurorluq bildirir ki, onlar taxıl biçərkən ölüblər.

Hadisə avqustun 23-nə keçən gecə Krasnaya Polyana kəndində baş verib. İlkin məlumatlara görə, həmin şəxslər avadanlıq işləyərkən özbaşına tıxanmanı aradan qaldırmağa cəhd ediblər.

“Nəticədə, işçilər xam taxıl olan konteynerin dərinliyinə sürükləniblər”, – prokurorlar jurnalistlərə müsahibəsində bildiriblər.

İşçilər hava çatışmazlığından ölüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq yoxlamaya başlayıb. Onlar işəgötürənin əmək qanunvericiliyinə uyğunluğunu qiymətləndirəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!