24 Avqust 2023 / 05:47

“QARABAĞ” BU GÜN ÖLKƏ KƏNARINDA İMTAHAN VERƏCƏK

Futbolsevərlərə şad xəbər: “Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq…

Tezadlar.az bildirir ki, Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.

“Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
24 avqust
22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Georgi Kabakov
Lyublyana. “Stojitse” stadionu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!