25 Avqust 2023 / 04:30

KƏLBƏCƏR YOLUNDA DƏHŞƏTLİ AVTOQƏZA- ÖLƏNLƏR KİMLƏRDİR?

Ötən gecə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Tezadlar.az xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb. Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir. Hadisənin “Ömər aşırımı” nın yaxınlığında qeydə alındığı qeyd edilir. Faktla bağlı araşdırma aparılır və ölənlərin kimliyi dəqiqləşdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!