Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat xüsusi əməliyyat zonasında ukraynalı yaraqlıların mövqeyini məhv edib.
Tezadlar.az xəbər verir ki, video Rusiya Federasiyasının Müdafiə Nazirliyində paylaşılıb.
Görüntülərdə FPV pilotsuz təyyarəsinin Ukrayna Silahlı Qüvvələrinin mövqeyinə necə uçduğu göstərilir. Yaraqlılardan biri təyyarəni vurmaq məqsədilə atəş açır. Lakin onun cəhdləri boşa çıxır. Dron hədəfə çatır və yaraqlıları məhv edir.
Xatırladaq ki, daha əvvəl “İzvestiya”nın müxbiri xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinin millətçilərini məhv etmək üçün rus qırıcılarının gördüyü işləri nümayiş etdirmişdi. O qeyd edib ki, RF Silahlı Qüvvələrinin pilotsuz təyyarələri və artilleriyası birgə işləyir.
E.ŞİRİNOV