Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatı kamikadze dronları vasitəsilə Rusiyanın Kursk aerodromundakı hərbi təyyarələrə hücum edib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Censor.NET” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, 16 kamikadze dronu 4 ədəd Su-30 və 1 ədəd MİQ-29-un üzərində işləyib. Həmçinin vurulan hədəflər arasında S-300 kompleksinin radarları və iki “Pantsir” olub. Demək olar ki, bütün UTX dronları hədəflərinə çatıb. Onlardan yalnız 3-ü Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Rusiyalılar özləri 13 partlayış qeydə alıblar.
Məlumata görə, hücumu UTX-nin 13-cü Baş İdarəsinin hərbi əks-kəşfiyyatçıları təşkil edib.