Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Avqust 2023 / 07:31

ALLA PUQAÇOVA MƏHKƏMƏYƏ VERİLİB – QAZ PULUNU ÖDƏMƏDİYİ ÜÇÜN

Alla Puqaçova qaz təchizatının pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

“Mash” Telegram kanalının məlumatına görə, müğənninin 15 536 rubl borcu olub.

Kanalın məlumatına görə, müğənni Yeni Moskvada, Pervomayski qəsəbəsində 1,2 min kvadratmetr sahəyə sahibdir. Kanal yazır ki, bu əmlakla müğənni iki yay ayı ərzində “Qazprom Mezhregionqaz”-a qaz borcu yığılıb.

Bundan əvvəl Alla Puqaçova Moskva vilayətinin Solneçnoqorsk şəhərindəki torpaq sahəsinin icarə haqqını ödəmədiyi üçün də məhkəməyə verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!