2 Sentyabr 2023 / 18:47

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNƏ MƏXSUS ZƏRBƏ PUA-SI ƏLƏ KEÇİRİLİB

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!